İdman

Holand Mbappe ilə rəqabətdən danışdı: “Motivasiya və inkişaf üçün yaxşıdır”

Sharing is caring!

“Mançester Siti”nin hücumçusu Erlinq Holand PSJ-nin hücumçusu Kilian Mbappe ilə rəqabət haqqında fikirlərini açıqlayıb.  

Qeyd edək ki, futbol mütəxəssislərinin proqnozuna görə, qarşıdakı illərdə Lionel Messi ilə Kriştianu Ronaldu arasındakı rəqabətin yerini norveçli Erlinq Holandla fransız Kilian Mbappenin mübarizəsi tutacaq. 

Bu məqama öz münasibətini bildirən E.Holand söyləyib ki, Messi – Ronaldu rəqabətində olduğu kimi onun da Mbappe ilə yarışması motivasiya və inkişaf üçün müsbət haldır.

“Ancaq mən heç vaxt özümü kimləsə müqayisə etmirəm”, – deyə 22 yaşlı qol maşını bildirib.

Mənbə: Viaplay

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir