İdman

“Vüqar Həşimov Memorialı – 2022”də növbəti görüşlər keçiriləcək

Sharing is caring!

“Vüqar Həşimov Memorialı – 2022” VIII beynəlxalq şahmat turnirində bu gün növbəti görüşlər keçiriləcək.

“Report” xəbər verir ki, ikinci oyun günündə rapid növü üzrə IV, V və VI turun qarşılaşmaları olacaq.

“Vüqar Həşimov Memorialı – 2022”

IV tur

Rauf Məmmədov (Azərbaycan) – Valeho Pons (İspaniya)
Aydın Süleymanlı (Azərbaycan) – Qukeş Dommaracu (Hindistan)
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Riçard Rapport (Rumıniya)
Abdulla Qədimbəyli (Azərbaycan) – Nodirbek Abdusattorov (Özbəkistan)
Van Hao (Çin) – Semuel Şenklend (ABŞ)

V tur

Semuel Şenklend (ABŞ) – Rauf Məmmədov (Azərbaycan)
Nodirbek Abdusattorov (Özbəkistan) – Van Hao (Çin)
Riçard Rapport (Rumıniya) – Abdulla Qədimbəyli (Azərbaycan)
Qukeş Dommaracu (Hindistan) – Şəhriyar Məmmədyarov (Azərbaycan)
Valeho Pons (İspaniya) – Aydın Süleymanlı (Azərbaycan)

VI tur

Rauf Məmmədov (Azərbaycan) – Aydın Süleymanlı (Azərbaycan)
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Valeho Pons (İspaniya)
Abdulla Qədimbəyli (Azərbaycan) – Qukeş Dommaracu (Hindistan)
Van Hao (Çin) – Riçard Rapport (Rumıniya)
Semuel Şenklend (ABŞ) – Nodirbek Abdusattorov (Özbəkistan)

Qeyd edək ki, yarış dekabrın 24-də başa çatacaq. Hazırda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 6 xalla liderdir. Rauf Məmmədov 5 xalla ikinci sıradadır. ABŞ-dən olan Semuel Şenklend, ispaniyalı Valeho Pons və çinli Van Hao 4 xalla növbəti pillələrdə qərarlaşıblar. Şəhriyar Məmmədyarov, Rumıniyanı təmsil edən Riçard Rapport və hindistanlı Qukeş Dommaracunun 2 xalı var. Abdulla Qədimbəyli 1 xalla 9-cu, xalı olmayan Aydın Süleymanlı isə sonuncu yerdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir