İdman

Fabio Kapello: “Xorvatiya ilə oyunda “Barselona”dakı Messini gördüm”

Sharing is caring!

“Real”ın və “Yuventus”un keçmiş baş məşqçisi Fabio Kapello 2022-ci ildə Qətərdə Argentina və Fransa milli komandaları arasında keçiriləcək dünya çempionatının finalından gözləntilərini bölüşüb.

Onun sözlərinə görə oyun təkcə Argentina ilə Fransa arasında deyil, həm də Messi ilə Mbappe arasındadır.

“İlk matçlarda Leo “piyada” getsə də, Xorvatiya ilə oyunu ilə məni heyran qoydu. O, “Barselona” günlərinin Messisi idi. Kilian Mbappedə isə hər şey var – bu, təbii güc, sürət və qollardır. Mən bir neçə qollu maraqlı final gözləyirəm. İstisna etmirəm ki, hər şey əlavə vaxtda və ya penaltilər seriyasında həll olunacaq”, – Kapello bildirib.

Xatırladaq ki, 2022-ci il dünya çempionatının Fransa və Argentina arasında olacaq finalı bazar günü, dekabrın 18-də, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir