İdman

AFFA “Sabah”ın qapıçısını cəzalandırdı

Sharing is caring!

AFFA İntizam Komitəsi “Sabah”ın qapıçısı Nicat Mehbalıyevi cəzalandırıb.

Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, buna 22 yaşlı qolkiperin “Səbail”ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final matçının 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etməsi səbəb olub.

Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan gənc çərçivə qoruyucusu 1 oyunluq cəza alıb, klubunu isə 200 manat məbləğində ziyana salıb.

Bundan başqa, “Sabah” həmin görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərimələnib.

“Turan Tovuz” isə Gəncədə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldiyi 1/4 final oyununda analoji hala görə eyni məbləğdə cərimə ödəyəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir