Cəmiyyət

“İnəyin öd daşını alanlar” müzakirə yaratdılar – Reklam, yoxsa əsassız iddia? + FOTO

Sharing is caring!

Son günlər sosial şəbəkələrdə “İnəyin öd daşını alıram” məzmunlu paylaşımlar edilir. 

Buna maraq göstərən də az deyil. Elan verənlər, əsasən, qoca inəyin öd daşını axtarırlar. Buna səbəb kimi qoca inəklərin əksəriyyətində öd daşı yarandığı qeyd edilir.

Bildirilib ki, inəyin öd daşının qiyməti hər qramına görə 20-40 manatdır. 

İddia olunur ki, həmin öd daşından kosmetik vasitələrdə istifadə edilir. Hətta qeyd edilir ki, ondan Çin təbabətində insan sağlamlığı üçün dərman da hazırlanır. Türkiyə və Azərbaycanda isə sarılıq və şəkər xəstəliyinə türkəçarə kimi istifadə edildiyi iddia olunur.

Fitoterapevt Məlahət Qəhrəmanova Oxu.Az-a açıqlamasında bildirib ki, keçmişdə inəyin ödündən xalq təbabətində istifadə edilib:

“İnəyin ödündəki zəhərli maddəni bəzi bitki yağları ilə qarışdırıblar. Həmin qarışıq dəri xəstəliklərində istifadə edilib və effekti də yaxşı olub. İnəyin öd daşından dərman hazırlanması barədə isə heç bir məlumat yoxdur. Bunun üçün əvvəlcə inəyin ödündə olan daş araşdırılmalı, elmi əsası olmalıdır, bundan sonra istifadə etmək olar. Qeyri-peşəkar şəkildə bunu etmək düzgün deyil. Fikrimcə, bu cür elanlar, sadəcə, reklam üçündür”.

Baytar Əbilağa Məlikov saytımıza açıqlamasında bildirib ki, heyvanlarda öd daşının olması ya rentgen vasitəsilə aşkarlanır, ya da öldükdən sonra bilinir:

“Həmin öd daşından nəyinsə hazırlanması yalan məlumatdır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir