İdman

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni məğlub edib qış çempionu oldu, “Şamaxı” “Zirə” ilə bərabərə qaldı

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun “Şamaxı” klubu ilə “Zirə” arasında olub.

Şamaxı şəhər stadionunda oynanılan qarşılaşma qolsuz bərabərliklə bitib.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran paytaxt klubu dördüncü pillədəki mövqeyini möhkəmlədib. Bölgə təmsilçisi 13 xalla yeddinci sıradadır.

Günün ikinci matçında isə “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Beş gün əvvəl “Azersun Arena”da Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gələn komandalar bu dəfə çempionat çərçivəsində eyni məkanda qarşılaşıblar. Birinci hissəsi qolsuz keçən görüşün taleyini fasilədən sonra vurulan top həll edib. Ramil Şeydayev 68-ci dəqiqədə penaltidən fərqlənərək, “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran Ağdam təmsilçisi qış fasiləsinə lider kimi yollanmağı təmin edib. “Qəbələ” isə aktivindəki 24 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, “Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün qış çempionu olub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda ölkə çempionatlarını tarixində 8-ci dəfə yeni ili lider kimi qarşılayacaq. Səkkizqat ölkə çempionu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 və 2021/2022 mövsümlərində də ilk yarını zirvədə tamamlayıb.

Beləliklə, “Qarabağ” bu göstəricidə “Neftçi”yə çatıb. Bakılılar da 9 dəfə (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21) qış çempionu olublar.

Xatırladaq ki, XVII turun “Kəpəz” – “Sabah” və “Sumqayıt” – “Səbail” oyunları dekabrın 14-də, “Turan Tovuz” – “Neftçi” matçı isə dekabrın 15-də baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir