Şou-Biznes

Məşhur aktyor İNTİHAR ETDİ – FOTO

Sharing is caring!

"Step Up" filminin aktyoru Stiven Boss 40 yaşında intihar edib.

Lent.az xəbər verir ki, amerikalı dj, rəqqas, prodüser və aktyor Stiven Boss Los-Ancelesdəki otellərin birində özünü öldürüb.

Bu barədə məlumat yayan aktyorun həyat yoldaşı paylaşımında bu sözləri yazıb:

“Ərimin bizi tərk etdiyini demək mənim üçün ən ağır hadisədir. Stiven ailəni, dostları və ətrafını hər şeydən üstün tuturdu. İnsanlara sevgi və işıqla yanaşırdı. O, ailəmizin dayağı, ən yaxşı ər və ata idi".

Qeyd edək ki, Stiven Boss "Magic Mike XXL", "Modern Family" və "Step Up" kimi filmlərdə çəkildikdən sonra geniş populyarlıq qazanıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir