İdman

Ronaldunun jurnalist dostu: “Santuş Kriştianuya xəyanət etdi”

Sharing is caring!

İspaniyalı idman jurnalisti, Kriştianu Ronaldunun yaxın dostu Edu Agirre bildirib ki, Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş ulduz futbolçuya qarşı haqsızlıq edib.

Jurnalist əmindir ki, əgər Kriştianu olmasaydı, Santuş səkkiz il Portuqaliya millisində baş məşqçi qala bilməzdi. 

“O bilirdi ki, bu, Ronaldunun son dünya çempionatıdır, komanda üçün bu qədər şey etdikdən sonra tarixin ən yaxşı oyunçusunu ehtiyatda saxlamaq… Santuş səhv etdiyini bilir, bu, Kriştianuya xəyanətdir”, – jurnalist deyib.

Qeyd edək ki, Portuqaliya millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 finalında Mərakeşə məğlub olaraq (1:0) turniri tərk edib. K.Ronaldu isə çempionat ərzində vaxtını, əsasən, ehtiyat oyunçular skamyasında keçirib.

Mənbə: La Sexta

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir