İdman

Pelenin son vəziyyəti açıqlandı

Sharing is caring!

Üçqat dünya çempionu Pelenin səhhəti yaxşılaşır.

Bu barədə San-Pauludakı Albert Eynşteyn xəstəxanasının mətbuat xidməti xəbər verib.

Lakin 82 yaşlı braziliyalının ambulator müalicə üçün xəstəxanadan nə vaxt buraxıla biləcəyi hələlik məlum deyil.

“Xəstə sağalmada doğru gedir. Onun vəziyyəti yaxşıdır, həkim nəzarətindədir və huşu yerindədir”, – məlumatda deyilir.

Qeyd edək ki, əfsanəvi futbolçu bağırsaq xərçəngindən əziyyət çəkir. Onun vəziyyəti kəskin respirator virusa yoluxduqdan sonra daha da pisləşmişdi.

Mənbə: sport-express.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir