İdman

Türkiyə millisi İrəvanda Ermənistanla qarşılaşacaq

Sharing is caring!

Futbol üzrə Türkiyə milli komandasının 2024-cü il Avropa çempionatının (AVRO-2024) seçmə mərhələsinin D qrupunda gələn ilin martında Ermənistan və Xorvatiyaya qarşı keçirəcəyi oyunların məkanları müəyyənləşib.

Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, ay-ulduzlu komanda AVRO-2024-ün seçmə mərhələsində ilk oyununda martın 25-i şənbə günü paytaxt İrəvanda Ermənistanla qarşılaşacaq. Respublika stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Millilər D qrupunda ikinci matçında 28 mart çərşənbə axşamı Bursada Xorvatiyanı qəbul edəcək. Bursa Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək qarşılaşmanın başlama saatı 22:45 olaraq müəyyənləşib.

Mənbə: beinsports.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir