İdman

Almaniya İspaniyaya uduzsa da qrupdan çıxa bilər – FOTO

Sharing is caring!

Qətərdə keçirilən dünya çempionatı çərçivəsində E qrupunda bütün komandalar pley-offa çıxmaq şansını saxlayır.

Kosta-Rika bu gün Yaponiyaya qalib gəlib (1:0). Yaponlar 1-ci turda Almaniyanı məğlub edib (2:1). Yaponiya və Kosta Rikanın hərəyə 3 xalı var. İspaniya 1-ci turda Kosta-Rikanı məğlub edib (7:0) və hazırda qrupa başçılıq edir.

Almaniya sıfır xalla turnir cədvəlini qapayır və bu gün İspaniya ilə qarşılaşacaq. Almanlar uduzsalar belə, qrupdan pley-offa vəsiqə qazanmaq şanslarını qoruyub saxlayacaqlar. Çünki xalların bərabər olduğu halda şəxsi görüşlər deyil, ilk növbədə vurulan qollarla buraxılan qollar arasındakı fərq nəzərə alınır.

Son turda Almaniya Kosta-Rika ilə qarşılaşacaq.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir