İqtisadiyyat

Gələn ildən xammal və materialların idxalı ƏDV-dən azad ediləcək

Sharing is caring!

“2023-cü ildən xammal və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur”. 

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, 2023-cü ildə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması da gələn ilin prioritetlərindəndir.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcə layihəsinə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir