İdman

“Louis Vuitton” 48 saat ərzində Messi və Ronaldunun fotosundan milyonlar qazandı

Sharing is caring!

“Launchmetrics” marketinq platformasının məlumatına görə, “Louis Vuitton” Dəb Evi 48 saat ərzində internetdən təxminən 13,5 milyon dollar qazana bilib.

Bu, futbol ulduzları Kriştianu Ronaldu və Lionel Messinin birgə fotosu sayəsində mümkün olub.

Futbolçuların “Louis Vuitton” çamadanında şahmat oynayarkən Enni Leybovits tərəfindən çəkilən fotosu sosial şəbəkələrdə yayılıb. İki gün ərzində o, 55 min dəfədən çox dərc edilib və ümumilikdə 65 milyona yaxın bəyənmə toplayıb ki, bu da “Instagram” platforması tarixində ən yüksək göstəricidir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir