Cəmiyyət

Türkiyənin Azərbaycandakı səfiri: “Axtarışlar heç bir ayrı-seçkilik edilmədən, sürətlə aparılır”

Sharing is caring!

“Türkiyədə təhsil alan, eləcə də ailə həyatı qurub orada yaşayan azərbaycanlı vətəndaşlar kifayət qədər çoxdur. Malatyadakı dörd azərbaycanlı tələbə də daxil axtarışlar heç bir ayrı-seçkilik edilmədən, sürətlə aparılır”.

Bu sözləri Oxu.Az-a Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Malatyada dörd azərbaycanlı tələbənin axtarışları ilə bağlı suala cavab olaraq deyib.

O bildirib ki, bu gün dağılan binalar altında qalan hər kəsi xilas etməyə çalışırlar:

“Yaralılar xəstəxanalara aparılırlar. Ailələri ilə əlaqə yaratmağa çalışılır. Bu koordinasiya işlərini Ankaradakı səfirlik aparır. Çünki ölkədəki tələbələrlə bağlı detallı məlumatlar onlardadır. Tələbələrin hansı şəhərdə, hansı universitetdə oxuduqlarına, ailələrinə dair məlumatlar onlarda var. Yaralanan da, vəfat edən də – hər biri bizim əzizimizdir. Yaralılara bütün tibbi yardımlar edilir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir