İdman

Norveçli xizəkçi üzünə saqqal çəkərək etiraz etdi – FOTO

Sharing is caring!

Xizək üzrə ikinövçülük yarışında dünya çempionu, norveçli Qyuda Vestvoll Hansen Olimpiya proqramında öz yarış növünün olmamasına etiraz edib.

O, Norveçin Beytostolen şəhərində keçirilən turnirdə üzünə saqqal çəkərək çıxış edib.

“Əgər mən belə görünsəm, 2026-cı il Olimpiadasında iştirakıma icazə veriləcək”, – 20 yaşlı idmançı bildirib.

Qeyd edək ki, hazırda yalnız kişi ikinövçülərin xizək yarışı Olimpiadanın proqramına daxil edilib.

Xatırladaq ki, 2026-cı il Qış Olimpiya Oyunları Milanda və Kortina d’Ampezzoda keçiriləcək.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir