İdman

Qavi İspaniya millisində rekorda imza atıb

Sharing is caring!

“Barselona” klubunun gənc və istedadlı yarımmüdafiəçisi olan Qavinin İspaniya yığmasının heyətində dünya çempionatında iştirak edəcəyi məlum olub.

Belə ki, 18 yaşlı futbolçu İspaniya milli komandanın tarixində dünya çempionatında iştirak edəcək ən gənc futbolçu olacaq.

Əvvəl bu rekord Sesk Fabreqasa məxsus idi. O, 19 yaşında olarkən İspaniya millisinin heyətində dünya çempionatına yollanmışdı.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Mənbə: Marca

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir