Bu gün Xalqxeber.Az xəbər portalının 8 yaşı tamam olur. Xəbər portalının baş redaktoru Peyman Sadıqovun verdiyi məlumata görə, Xalqxeber.Az 2012-ci ilin mart ayından internet istifadəçilərinin ixtiyarındadır. Sayt 8 illik fəaliyyəti dövründə ölkəmizdə baş verən ictimai-siyasi hadisələri və aparılan abadlıq-quruculuq işlərini operativ olaraq işıqlandırıb. Qeyd edək ki, xəbər portalının yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Sayt dünyada və ölkəmizdə baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynayır. Ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.
Oxşar Xəbərlər
Tanınmış repçi qadın dünyasını dəyişdi – FOTO
Dünyaca məşhur repçi qadın Gangsta Boo 43 yaşında vəfat edib. Lent.az xəbər verir ki, əsl adı Lola Chantrell Mitçell olan rep ifaçısının cəsədi yanvarın 1-i Memfis şəhərində tapılıb. Qeyd edək ki, Gangsta Boo “Three 6 Mafia” hip-hop qrupunun keçmiş üzvüdür.
Gəncədə 21 yaşlı oğlan özünü asdı
Gəncədə intihar hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb. Binada yaşayan 21 yaşlı Seymur adlı gənc özünü dəhlizdə asıb. Onun meyiti qonşular tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Xeberal.az
Azərbaycanda müğənni qəfil öldü – FOTO
Azərbaycanda üç uşaq anası qəfil dünyasını dəyişib. Bu barədə Milli.Az məlumat yayıb. Bildirilib ki, vəfat edən Rəqsanə Tovuzlu müğənni kimi fəaliyyət göstərib. Xeberal.az