İdman

Konfrans Liqası: “Qarabağ” “səpələnməmişlər”dən olacaq

Sharing is caring!

Avropa Liqasında mübarizəni başa vurduqdan sonra yoluna Konfrans Liqasında davam edəcək “Qarabağ”ın qarşılaşa biləcəyi potensial rəqiblərin adlarına aydınlıq gəlib.

UEFA xəbər verir ki, Ağdam klubu Avroliqadan düşən digər yeddi komanda ilə birlikdə Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş səkkiz komandadan biri ilə mübarizə aparacaq.

Püşkatma öncəsi artıq səbətlər müəyyənləşib. Konfrans Liqasında yoluna davam edənlər “səpələnmişlər”, aralarında “Qarabağ”ın da olduğu Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaq.

Səpələnmişlər:

“Anderlext” (Belçika)

“Bazel” (İsveçrə)

“CFR Kluj” (Rumıniya)

“Dnepr-1” (Ukrayna)

“Fiorentina” (İtaliya)

“Gent” (Belçika)

“Lex” (Polşa)

“Partizan” (Serbiya)

Səpələnməmişlər:

AEK (Larnaka, Kipr)

“Budo Qlimt” (Norveç)

“Braqa” (Portuqaliya)

“Latsio” (İtaliya)

“Ludoqorets” (Bolqarıstan)

“Qarabağ” (Ağdam, Azərbaycan)

“Şerif” (Moldova)

“Trabzonspor” (Türkiyə)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir