İdman

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha iki iştirakçısı bəlli olacaq – AFİŞA

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında keçiriləcək səkkiz oyundan sonra 1/8 finalın daha iki iştirakçısı bəlli olacaq.

A qrupunda pley-offa vəsiqəni təmin etmiş iki komanda – “Liverpul” və İtaliya “Napoli”si – İngiltərədə üz-üzə gələcək. Qrup liderliyini müəyyənləşdirmək baxımından önəm daşıyan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qrupun digər görüşündə isə Niderland “Ayaks”ı Şotlandiyada “Reyncers”in qonağı olacaq. Amsterdam təmsilçisi dörd top fərqi ilə uduzsa belə, Avropa Liqasının pley-offuna vəsiqə qazanacaq.

B qrupunda növbəti mərhələyə adlaması dəqiqləşən Belçika “Brügge”si Almaniyada “Bayer”lə, “Portu” isə Portuqaliyada İspaniyanın “Atletiko” (Madrid) klubu ilə qarşılaşacaq. “Brügge” və “Portu” qrup liderliyi, “Bayer” və “Atletiko” isə 3-cü yer uğrunda mübarizə aparacaq.

C qrupunda bütün suallara aydınlıq gəldiyindən “Bavariya” (Almaniya) – “İnter” (İtaliya) və “Viktoriya” (Plzen, Çexiya) – “Barselona” (İspaniya) matçları formal xarakter daşıyacaq.

D qrupunda isə dörd komandanın hər birinin pley-off şansı davam edir. Portuqaliyada “Sportinq” və Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu, Fransada isə “Marsel” və İngiltərə “Tottenhem”i arasında keçiriləcək oyunlarda qələbə qazanan kollektivlər 1/8 finala yüksələcəklər. Hər iki görüşdə heç-heçə qeydə alınarsa, “Tottenhem” və “Sportinq” qrupdan çıxacaqlar. “Ayntraxt” isə yoluna Avropa Liqasında davam edəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

1 noyabr

A qrupu

00:00. “Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya)

00:00. “Reyncers” (Şotlandiya) – “Ayaks” (Niderland)

Xal durumu: “Napoli” – 15; “Liverpul” – 12; “Ayaks” – 3; “Reyncers” – 0.

B qrupu

21:45. “Portu” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya)

21:45. “Bayer” (Almaniya) – “Brügge” (Belçika)

Xal durumu: “Brügge” – 10; “Portu” – 9; “Atletiko” – 5; “Bayer” – 4.

C qrupu

00:00. “Bavariya” (Almaniya) – “İnter” (İtaliya)

00:00. “Viktoriya” (Plzen, Çexiya) – “Barselona” (İspaniya)

Xal durumu: “Bavariya” – 15; “İnter” – 10; “Barselona” – 4; “Viktoriya” – 0.

D qrupu

00:00. “Sportinq” (Portuqaliya) – “Ayntraxt” (Frankurt, Almaniya)

00:00. “Marsel” (Fransa) – “Tottenhem” (İngiltərə)

Xal durumu: “Tottenhem” – 8; “Sportinq” – 7; “Ayntraxt” – 7; “Marsel” – 6.

Qeyd edək ki, “Napoli”, “Liverpul”, “Brügge”, “Portu”, “Bavariya” və “İnter”lə yanaşı, Almaniyanın “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları da pley-offa vəsiqəni təmin ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir