Dünya

Britaniya müdafiə naziri çıxışını ləğv etdi: Təcili olaraq Vaşinqtona uçdu

Sharing is caring!

Britaniyanın müdafiə naziri Ben Uolles İcmalar Palatasının Müdafiə Komitəsi qarşısında çıxışını təcili ləğv edərək, Vaşinqtona yola düşüb. 

Bu barədə Britaniya mətbuatı məlumat yayıb.

“Müdirim Ben Uolles bu səhər Vaşinqtondadır”, – deyə Uollesin müavini Ceyms Hippi bildirib.

O, səfərin məqsədini dəqiq açıqlamayıb, lakin eyhamlarla danışıb. “Uolles “elə söhbətlər edəcək ki… həqiqətən də inanılmazdır ki, bu cür söhbətlərə ehtiyac duyulan bir dövrdə yaşayırıq”, – deyə Hippi əlavə edib.

“Sky News”un təhlükəsizlik və müdafiə üzrə redaktoru Debora Heyns isə Müdafiə Departamentindəki mənbəyə istinadən qeyd edib ki, müdafiə naziri ümumi təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Vaşinqtondadır. Həmçinin qeyd edib ki, bu məsələlərə Ukraynada vəziyyət də daxildir. Heyns bildirib ki, nazir Pentaqondakı həmkarını və Ağ Evdəki yüksək vəzifəli məmurları ziyarət edəcək.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir