İdman

Musa Qurbanlı “Qarabağ”da yubiley qolunu vurub

Sharing is caring!

Musa Qurbanlı “Qarabağ”da 20-ci qolunu vurub.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, 20 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunda buna nail olub.

“Şamaxı” ilə səfər görüşündə (4:0) dubl edən forvard Ağdam klubundakı qol sayını 20-yə çatdırıb.

O, bunu 40-cı matçında rəsmiləşdirib. Forvard Premyer Liqada 19, ölkə kubokunda 1 dəfə rəqib qapısına yol tapıb. Qurbanlı ölkə çempionatlarında da 20-ci qoluna sevinib. O, bir dəfə “Zirə”də, 19 dəfə “Qarabağ”da fərqlənib. Hücumçu 38-ci oyunda buna çatıb.

Qeyd edək ki, Musanın həm Premyer Liqa, həm “Qarabağ”dakı ilk qolu 2020-ci il noyabrın 8-də baş tutan “Neftçi” ilə səfər qarşılaşmasına (6:0) təsadüf edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir