İdman

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli oldu

Sharing is caring!

Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcəklər.

AŞF-in təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da 19 – 26 noyabrda keçiriləcək dünya çempionatında millinin şərəfini qoruyacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir