İdman

Çempionlar Liqası: PSJ və “Benfika” 1/8 finalda, “Yuventus” turniri tərk edəcək – VİDEO

Sharing is caring!

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Oxu.Az-ın məlumatına görə, “Çelsi”dən sonra pley-offun daha bir iki iştirakçısı bəlli olub.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İtaliya “Milan”ını qəbul edib. Virusa yoluxan 25 yaşlı forvard ötən görüşü buraxmalı olsa da, bu dəfə ehtiyatda yer alıb. İtaliya klubu ilk qarşılaşmada olduğu kimi, bu dəfə də xorvatların öhdəsindən asanlıqla gəlib – 0:4.

F qrupunda “Leypziq” Almaniyada Madrid “Real”ını məğlub edib – 3:2.

H qrupunda Fransa PSJ-si və Portuqaliya “Benfika”sı 1/8 finala vaxtından əvvəl adlayıb. Paris klubu evdə İsrailin “Makkabi” (Hayfa) komandasını darmadağın edib – 7:2. Lissabon təmsilçisi isə İtaliya “Yuventus”undan üstün olub – 4:3.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” komandaları pley-off vəsiqəni təmin ediblər.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

25 oktyabr

E qrupu

“Zaltsburq” (Avstriya) – “Çelsi” (İngiltərə) 1:2

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Milan” (İtaliya) 0:4

F qrupu

“Seltik” (Şotlandiya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 1:1

“Leypziq” (Almaniya) – “Real Madrid” (İspaniya) 3:2

G qrupu

“Sevilya” (İspaniya) – “Kopenhagen” (Danimarka) 3:0

“Borussiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə) 0:0

H qrupu

PSJ (Fransa) – “Makkabi” (Hayfa, İsrail) 7:2

“Benfika” (Portuqaliya) – “Yuventus” (İtaliya) 4:3

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir