İdman

Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verdi

Sharing is caring!

“Kəpəz” və “Neftçi” arasında keçirilmiş Azərbaycan Premyer Liqasının X tur oyunundan öncə bəzi neqativ hallar baş verib.

Gəncə klubundan Oxu.Az-a verilən məlumata görə, vəziyyətdən sui-istifadə zamanı müəyyən şəxslər arenaya biletsiz daxil olublar.

Bildirilib ki, növbəti ev matçlarında bu cür halların baş verməməsi üçün ciddi nəzarət tədbirləri görüləcək, hədəf mövsüm boyu bütün qarşılaşmalarda bilet satışını 100%-ə çatdırmaqdır.

Azərbaycan derbisi üçün ümumilikdə 1 775 bilet satılıb. Bunların 1 723-ü adi yerlər üçün nəzərdə tutulan 3 manatlıq, 52-si VİP tribuna üçün 10 manatlıq biletlər olub.

Bundan əlavə, ilk ev oyununda stadiona giriş üçün şəhid və qazi ailələrinin üzvlərinə, Gəncəyə raket atışı zamanı xəsarət alan şəxslərə, futbol veteranlarına, müxtəlif qurumlara və fanklub üzvlərinə pulsuz biletlər verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir