İdman

“Şamaxı” yenidən cərimələnə bilər: “Bəzi klublar qaydalara ciddi yanaşmır”

Sharing is caring!

AFFA İntizam Komitəsi “Şamaxı” klubunu yenidən cəzalandıra bilər.

“Report”un əldə etdiyi məlumata görə, buna səbəb komandanın ardıcıl ikinci turda eyni səhvi təkrarlamasıdır.

Bölgə təmsilçisi IX turda “Zirə”yə 0:1 hesabı ilə məğlub olduğu oyunda futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbindən 3 000 manat cərimələnib. Buna baxmayaraq, 23 yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə X tur matçında (1:1) da meydana üzərində ad və soyadı olmayan geyim dəsti ilə çıxıb.

AFFA İntizam Komitəsinin (İK) sədri Erkin Hüseynov açıqlamasında məsələyə qurumun növbəti iclasından sonra aydınlıq gələcəyini bildirib:

“Hər şey araşdırma və müzakirədən sonra bilinəcək. Araşdırma aparılmalıdır ki, görək, bu hal nəyə görə təkrarlanıb. Qanunla bütün klublar əsasnamə qaydalarını bilməli və buna əməl etməlidir”.

O, bəzi klubların qaydalara ciddi yanaşmadığını söyləyib:

“Oyunlar zamanı azarkeşlər tərəfindən hakimlərin ünvanına təhqirlər, meydana kənar əşyaların atılması və sair əməllərə səthi yanaşırlar. Bu hallar yolverilməzdir. Neqativ hallara görə isə birbaşa klublar məsuliyyət daşıyırlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir