Siyasət

Ekspert: “Azərbaycan Gürcüstanın güvəndiyi müttəfiq və tərəfdaşdır”

Sharing is caring!


“Azərbaycan Gürcüstanın güvəndiyi müttəfiq və tərəfdaşdır”.

Bu fikirləri “Report”un Gürcüstan bürosuna açıqlamasında iqtisadi elmlər doktoru, professor, iqtisadçı ekspert Otar Obesadze deyib.

“Hazırda ölkələrimizin müttəfiq olması strateji əhəmiyyət daşıyır. Bu birlikdən istifadə edərək daha çox iqtisadi layihələr həyata keçirilsə hər iki ölkə bir qədər də güclənəcək. Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü Gürcüstan səfəri iqtisadi əlaqələrimizi inkişaf etdirəcək”, – ekspert bildirib.

Onun sözlərinə görə, Qara dəniz sahilində yeni “Anakliya” limanının tikintisi, eləcə də mövcud “Poti” limanının genişləndirilməsi müzakirə edilən aktual mövzular sırasında olub:

“Anakliya ərazisində böyük gəmilərə xidmət göstərəcək dərin dəniz limanının tikintisi və layihənin Azərbaycanla birgə həyata keçirilməsi iki ölkə arasında iqtisadi dövriyyəni 300%-dək artıracaq. Bu limanın tikintisindən sonra indiyədək Gürcüstan ərazisinə daxil ola bilməyən kreyserlər lövbər ala biləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir