İdman

“Olimpiakos”un direktoru Tofiq Bəhramovdan yazdı – FOTO

Sharing is caring!

“Abşeron yarımadasının cənub sahilində, Avropanın ən şərq paytaxtında, küləklər şəhəri Bakıda “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına stadion var. Bəs Bəhramov kim idi ki, bütöv bir stadion onun şərəfinə adlandırılıb?”

Bu cümlələri öz “Instagram”ında Yunanıstan “Olimpiakos”unun korporativ sosial məsələlər üzrə direktoru Nikos Qavalas yazıb.

Yunanıstan klubunun rəsmisi Tofiq Bəhramov adına Respublika Stadionundan foto paylaşaraq azərbaycanlı hakim haqqında məlumat verib.

“Tofiq Bəhramov 1966-cı ildə dünya çempionatının Almaniya-İngiltərə final oyununda adını tarixə yazdırıb. Final oyununda ingiltərəli futbolçu Cefri Hertsinin mübahisəli qolunu qeydə alan Bəhramovun bu qərarının doğruluğu videogörüntülər sayəsində məlum olub. İndi isə Azərbaycanın əsas futbol arenası Tofiq Bəhramovun adını daşıyır. 2004-cü ildə isə dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılıb. Mərasimdə 1966-cı ildə Tofiq Bəhramovun idarə etdiyi dünya çempionatının final matçında Almaniyaya qarşı oyundakı yeganə qolun müəllifi Cefri Herst iştirak etmişdir”, – Nikos Qavalas qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir