İdman

“Sabah” qalib gəlib vahid lider oldu – VİDEO

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun son matçında “Qəbələ” “Sabah”ı qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən mərkəzi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisindən qolları 48-ci dəqiqədə Davit Volkov və 64-cü dəqiqədə Coy Lens Mikels vurublar.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Sabah” vahid lider olub. “Qəbələ” isə 9 xalla 3-cü pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir