İdman

“Qarabağ”ın “Olimpiakos”la ev oyununa qalan biletlərin sayı AÇIQLANDI

Sharing is caring!

Bakıda “Qarabağ” və Yunanıstan “Olimpiakos”u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçı üçün cəmi 300 bilet qalıb.

Ağdam klubundan verilən məlumata görə, həmin biletlər oktyabrın 13-də – oyun günü satışa çıxarılacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan və müvafiq satış məntəqələrindən almaq mümkündür. Bu biletlər üçün onlayn satış həyata keçirilməyəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir