İdman

Kasilyasdan Ronalduya: “Hər şey öz yerinə qayıdacaq” – FOTO

Sharing is caring!

İspaniya millisinin və “Real”ın (Madrid) sabiq qapıçısı İker Kasilyas Kriştianu Ronaldunu klubdakı karyerasında vurduğu 700-cü qol münasibətilə təbrik edib.

İker Kasilyas bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Klub səviyyəsində 700 qol əsl dəlilikdir, cənab Kriştianu Ronaldu! Bir qədər səbir və hər şey öz yerinə qayıdacaq”, – İker Kasilyas qapıçısı olduğu keçmiş komanda yoldaşı haqqında yazıb.

Xatırladaq ki “Mançester Yunayted”in hücumçusu Premyer Liqanın 10-cu turunda “Everton”la oyunda (2:1) yubiley qolunu vurub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir