Cəmiyyət

Bakı nə vaxt piyadayönümlü şəhər olacaq? – AÇIQLAMA + VİDEO

Sharing is caring!

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Baku TV-nin Bakının nə vaxt piyadayönümlü şəhər olacağı ilə bağlı sualını cavablandırıb.

Nazir müavini qeyd edib ki, Bakının piyadalar üçün əlçatan şəhər olması üçün tədbirlər görülür, lakin bunun qısa müddətdə baş verməsi üçün çətinliklər var.

“Yol qovşaqlarının, piyada və velosiped zolaqlarının inkişaf etdirilməsi, müəyyən ərazilərdə tramvay zolaqlarının çəkilməsi və metronun inkişafı Bakı şəhərinin 2040-cı ilə qədərki Baş planında nəzərdə tutulub”, – deyə o əlavə edib.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir