İdman

Azərbaycan avarçəkəni dünya çempionatının finalında

Sharing is caring!

Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında finala yüksəlib.

Federasiyadan verilən məlumata görə, bu növ üzrə 2018 və 2019-cu illərin dünya çempionu, 2021-ci il mundialının gümüş mükafatçısı ilkin mərhələni uğurla başa vurub.

İrlandiyalı ikiqat dünya çempionu Cessika Berra və Avropa çempionatının mükafatçısı, isveçli Maria Berqin də olduğu 17 nəfərlik qrupda mübarizəyə başlayan Dimçenko təsnifat yürüşünü 25 dəqiqə 52 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 35 saniyə qabaqlayıb və birinci nəticə göstərməklə finala vəsiqə qazanıb.

Həlledici yürüş oktyabrın 9-da olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir