İdman

Futbolçu matç zamanı başını beton divara çırpdı – VİDEO

Sharing is caring!

Almaniyada regional liqaların birində, matç zamanı eyni vaxtda qorxulu və komik epizod yaşanıb.

“Hempi Leypsiq”in hücumçusu Denis Yepel yüksək sürət yığaraq, yaş sahədə özünü saxlaya bilməyib və başını beton divara çırpıb.

Zərbə o qədər güclü olub ki, futbolçu nokauta düşüb. Komanda yoldaşları və tibb işçiləri ona kömək etməyə gəliblər. Bir neçə dəqiqədən sonra Yepel sərbəst şəkildə ayağa qalxıb.

Hazırda onun sağlamlığı üçün təhlükə yoxdur.

Qeyd edək ki, görüşün nəticəsinə əsasən, “Hempi Leypsiq” rəqibindən 1:0 hesabı ilə üstün olub.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir