İdman

Jerar Pike “Atletiko”ya keçə bilər

Sharing is caring!

“Atletiko” bu qış Pikeni transfer edə bilər.

İddialara görə, Madrid klubu qış transfer pəncərəsində “Barselona”nın müdafiəçisini almağa cəhd edəcək.

Məlumata görə, Simeone müdafiəçilərdən narazıdır və arxa xətti gücləndirmək istəyir. Belə ki, Stefan Saviç, Mario Hermoso, Felipe və Xose Ximenez tez-tez zədələnirlər.

Madrid klubu hesab edir ki, Pike yüksək səviyyədə oynamağa davam edə və komandanın müdafiəsinin yeni lideri ola bilər.

Pikenin bu transferdə maraqlı olacağı güman edilir. Belə ki, Jerarın bu mövsüm onu əsas heyətdən kənarda saxlayan baş məşqçisi Xavi ilə münasibətləri gərgindir.

Qeyd edək ki, 35 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir