Cəmiyyət

Leyla Hüseynzadə: “İşbazlar vətəndaşların etibarından istifadə edirlər”

Sharing is caring!

“Son zamanlar vətəndaşların adlarına şirkətlər açılması ilə bağlı vergi orqanlarına müraciətlər daxil olur”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Dövlət Qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Leyla Hüseynzadə deyib. 

L.Hüseynzadənin sözlərinə görə, bəzi işbazlar vətəndaşların etibarından sui-istifadə edərək onların adına etibarnamə alırlar: 

“Belə olan hallar aşkar edildikdə həmin hüquqi şəxsə müvəqqəti rəhbər təyin olunmuş şəxslərin ölkədən çıxışına qadağa qoyulur. Amma əgər külli miqdarda vergidən yayınma olursa, Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi açılır”.

DVX rəsmisi əlavə edib ki, bəzi vergi ödəyiciləri ƏDV-dən yayınmaq üçün bir neçə kommersiya hüquqi şəxs qeydiyyatdan keçirir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir