İdman

Samuel Mutussami: “Qarabağ”la oyunda bizi döydülər”

Sharing is caring!

“İlk yarıda yaxşı vəziyyətdə idik. Amma sonradan pilləkəndən aşağı endik və bizi döydülər”.

“Report”un məlumatına görə, bunu Fransanın “Nant” komandasının futbolçusu Samuel Mutussami “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı barədə klubun rəsmi saytına müsahibəsində deyib.

26 yaşlı yarımmüdafiəçi ikinci yarıda rəqibdən daha zəif oynadıqlarını etiraf edib:

“Oyunun intensivliyinə görə “Qarabağ” daha cəlbedici idi”.

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir