Dünya

Britaniya baş naziri zəlzələ qurbanlarına yardım vəsaitlərini paketlədi – VİDEO

Sharing is caring!

Böyük Britaniya Baş naziri Rişi Sunak tələbələrlə birgə Kahramanmaraşda “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qatılıb.

Nazir tələbələrin yardım vəsaitlərini paketləmələrinə kömək edib.

İngiltərə mətbuatında yer alan xəbərə görə, Sunak tələbələrin başlatdığı yardım kampaniyasına qoşulmaq üçün universitetə ​​gedib və Türkiyə Tələbə Birliyi üzvləri ilə görüşüb.

Tələbələrin yardım vəsaitlərini çeşidləməsi və qablaşdırmasına kömək edən Sunak həmçinin papaq, şərf və adyal ianəsi də edib.

“Yaşanan faciənin miqyasını anlamaq həqiqətən çətindir. Bir ata olaraq övladlarını dağıntıların altından çıxarmağa çalışan ailələri izləmək həqiqətən ürəkağrıdıcıdır. Türkiyəyə kömək etmək üçün əlimizdən gələni edəcəyik”, – deyə Rişi Sunak qeyd edib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir