İdman

“Yuventus”un futbolçusu qardaşı tərəfindən təhdid olunub

Sharing is caring!

“Yuventus” klubunun və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın qardaşı Matias Poqba futbolçunu təhdid edən videonun təşəbbüskarı olduğunu etiraf edib.

O, polis tərəfindən saxlanıldığı zaman həqiqəti açıqlayıb.

Bundan əvvəl Pol Poqba mütəşəkkil bir dəstə tərəfindən şantaj və təhdidlər aldığını iddia etmişdi. Cinayətkarlar futbolçudan 13 milyon avro tələb edirdilər.

Turin klubunun yarımmüdafiəçisi polisə müraciət edib və şübhəlilər arasında qardaşı Matiası da tanıdığını bildirib.

Matias dəfələrlə Pola qarşı şantaj və təhdidlərlə heç bir əlaqəsi olmadığını desə də, sonda təqsirini etiraf edib.

Mənbə: Sportarena.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir