İdman

Rafiq Hüseynov: “İkinci dəfə dünya çempionu ola bilərəm”

Sharing is caring!

“2007-ci ildə məhz burada keçirilən U-20 Avropa çempionatında gümüş medal qazanmışdım. Medalı mənə Nenad Laloviç təqdim etmişdi. İndi isə dünya çempionu kimi UWW prezidenti ilə birgə mətbuat konfransında iştirak edirəm. Bu, mənim üçün böyük şərəfdir”.

“Report” xəbər verir ki, bunları Azərbaycanın güləş üzrə dünya çempionu Rafiq Hüseynov deyib.

“Rəqiblərim güclüdürlər. Hər kəs dünya çempionu ola bilər. Ancaq mən də bu mübarizəyə hazıram. Taktiki-texniki keyfiyyətlərimi inkişaf etdirmişəm. İkinci dəfə dünya çempionu ola bilərəm.

Bir çox komandanın çempionluq şansı var. Azərbaycan dünya çempionatının ən güclü yığmalarından biridir. Son Avropa çempionuyuq. İran və Gürcüstan milliləri də favoritlər sırasındadır”, – deyə R.Hüseynov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir:

“Buna görə də keçən il dünya çempionu olanda hər iki dövlətin bayrağını dalğalandırdım. Bunu etmək borcum idi. Finalda qalib gəldikdən sonra o qədər də sevinmədim. Çünki qardaş ölkənin idmançısını məğlub etmişdim. Başqa ölkədən olan güləşçiyə qalib gəlsəydim, daha çox sevinərdim”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir