Hüquq

ZALOV İMZA TV ALYANS-ın rəhbəri beynəlxalq hüquq eksperti İsmail Zalov və daxili məsələlər üzrə müavini hüquqşünas Kamran Bağırzadə Dövlət Təhlükəsizlik Xidmətinin 28 mart peşə bayramı münasibəti ilə təbrik etdi.

Sharing is caring!

Azərbaycan təhlükəsiz və sabit dövlət imicinə malik bir ölkədir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında görülən işlərin nəticəsində Azərbaycan hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilmişdir. Təbii ki, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında təhlükəsizlik xidməti orqanlarının xüsusi rolu danılmazdır.

Bu gün Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanın ərazi bütövlüyündə yüksək səviyyədə xidmət aparır, Azərbaycan dövlətinə qarşı hər hansı bir təhtidin , təhükənin qarşısının alınması istiqamətində yüksək peşəkarlıq göstərərək qabaqlayıcı tədbirlər görürlər. Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı 44 günlük müharibədə və antiterror əməliyyatları zamanı Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əvəzsiz rolu olmuşdur.

Heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz, ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin şəxsi heyəti tərəfindən hər zaman qətiyyətlə alınacaq, ölkədə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcəkdir.
Dövlət Təhlükəsizliyi və Xarici Kəşviyyat Orqanları Əməkdaşlarının peşə bayramları münasibəti ilə ALYANS-ın adından və öz adımızdan təbrik edirik, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir