Vəkillər Kollegiyası Sevil Hacıyeva barəsində məhkəmə və istintaq orqanlarına müraciət edib….
Bir neçə il əvvəl Vəkillər Kollegiyasının 4 saylı Hüquq Mələhətxanasında çalışan Sevil Balasoltan qızı Hacıyevanın qanunsuz əməlləri, xeyli sayda vətəndaşa külli miqdarda pul atmas barədə ölkə mediasında kifayət qədər yazılıb.
Məlumat üçün qeyd edək ki, Sevil Hacıyevanın ən böyük fırıldağı Tovuz rayonu Qovlar qəsəbə sakini, iş adamı İsmayıl Hüseynovun qanuni əmlakını fırıldaq yolu ilə ələ keçirməsi olub.
Qısaca onu bildirək ki, İsmayıl Hüseynovun oğlanlarına vəkillik edən Sevil Hacıyeva onları aldadaraq ailənin 470 000 manat pulunu və əmlakını mənimsəyib.
Xaçmaz rayonu, Gödəkli kənd sakini Yaşar Balasoltan oğlu Daşdəmirov isə NUH.az saytına müraciət edərək bildirib ki, dogma bacısı Sevil Hacıyeva və qızları onun ailəsini hədələyir, təhdid edir, hətta həyat yoldaşı Aybəniz Daşdəmirovanı döyərək ona xəsarət yetiriblər.
Yaşar Daşdəmirov bu barədə hüquq-mühafizə orqanlarına 2021-ci ilin avqust ayında müraciət edib.
Yaşar Daşdəmirovun şikayəti əsasında Sevil Hacıyevaya qarşı cinayət işi açılıb və iş Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində müstəntiq Cabbar Cabbarov tərəfindən araşdırılır.
Yaşar Daşdəmirov haqlı olaraq soruşur ki, nə üçün istintaq 1 ildən çoxdur davam edir..?
Məlumdur ki, Sevil Hacıyeva qanunsuz əməllərinin nəticəsi olaraq Vəkillər Kollegiyasından, vəkillik fəaliyyətindən uzaqlaşdırıldı.
Ancaq redaksiyamıza daxil olan məlumata görə, Sevil Hacıyeva qanunsuz olaraq saxta orderlərlə yenə də vəkillik edir.
Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundovun imzası ilə, Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin Məhkəmə və istintaq orqanlarına ünvanlanmış 11.10.2022-ci il tarixli , 1443 saylı müraciətində deyilir:
“Vəkillər Kollegiyası Rəyasət Heyətinin 06.11.2020-ci il tarixli iclasında Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Hacıyeva Sevil Balasoltan qızının vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunmuşdur. Eyni zamanda onun Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəmədə qaldırılmış iddia təmin edilmişdir.
Göstərilənlərə əsasən vəkillik fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti olmayan Sevil Hacıyeva tərəfindən qurumunuza 06.11.2020-ci il tarixdən sonra vəkil kimi təqdim edilən order aşkar olunarsa, bu barədə bizə məlumat ( müvafiq sənədlərin surətləri əlavə olunmaqla ) verməyinizi xahiş edirik. ( əlaqələndirici şəxs Seymur Səfərov . tel 055-999-23-66, faks 012-596-32-71 )
Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov.
Maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.// Nuh.az//
Xəbəral.az