Hadisə

“Ştutqart”da QALMAQAL: Bacısı oğlu keçmiş deputatı məhkəməyə verdi

Sharing is caring!

“Ştutqart”ın keçmiş direktoru Əfqan Abdullayev keçmiş deputat Nəriman Əliyev barəsində apelyasiya şikayəti verib.


 Ə. Abdullayevin birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətlə bağlı Bakı Apelyasiya Məhkəməsində baş tutacaq məhkəmə prosesinə hakim Şərafət Məmmədova sədrlik edəcək. İş üzrə Əfqan Abdullayev iddiaçı, Nəriman Əliyev və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cavabdeh qismində tanınıblar.

Qeyd edək ki, Ə. Abdullayev keçmiş deputat Nəriman Əliyevin bacısı oğludur.

Əfqan Abdullayev 2021-ci il sentyabrın 7-də “Ştutqart” şirkətinin baş direktoru vəzifəsindən ayrılıb. Bir müddət əvvəl mediada keçmiş deputat Nəriman Əliyevin özünəməxsus “Ştutqart” MMC-nin anbarının yaxınlığında yerləşən 37 ədəd ağacı kəsməkdə, 64 işçinin 76 min manat maaşını verməməkdə ittiham olunması barədə məlumatlar yayılmışdı.

N.Əliyev isə bu iddianı irəli sürən şəxsləri və bacısı oğlu Əfqan Abdullayevi 25 milyonluq yeyintidə günahlandırırdı. Lent.az

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir