Hadisə

Molla qəbiristanlıqda “Yasin” oxuyarkən vəfat etdi

Sharing is caring!

Azərbaycanda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

Xəbəral.az Report-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə qəbiristanlığında məzarların birinin önündə “Yasin” oxuyan 55 yaşlı İslam Abdullazadə qəfildən dünyasını dəyişib.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Məlumata görə, dünyasını dəyişən şəxs qəsəbənin mollası olub. Hadisə baş verən zaman isə İ.Abdullazadə qəbiristanlığa “Yasin” oxumağa çağırılıbmış.

Əslən Yardımlı rayonundan olan mərhum bu gün Saray qəbiristanlığında dəfn olunub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir