Siyasət

Samirə Musayeva: “Qarabağda sahibkarların hamısı vergi təşviqindən yararlanacaq”

Sharing is caring!

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində uçota alınan real vergi subyektlərinin hamısı vergi təşviqlərindən yararlanacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, Qarabağdakı sahibkarlar gələn il yanvarın 1-dən 10 il müddətində hüquqi şəxs olduqda mənfəət vergisi, fiziki şəxs olduqda isə gəlir və əmlak vergisi ödəməyəcək:

“Bu güzəştlərə mal və xidmətlərin satışından gəlir deyil, satışdankənar gəlir də daxildir. Bundan başqa, istehsal müəssisələrinin qurulmasını təşviq etmək üçün mal-material və xammalın idxalı da 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azal edilir. Turizm potensialı nəzərə alınaraq turizm sektoruna mənfəət, əmlak, torpaq vergisi güzəştləri tətbiq ediləcək. Həmçinin Qarabağda turizm xidmətinə görə nağdsız qaydada ödənilən ƏDV-nin 30%-nin geri qaytarılması nəzərdə tutulur. Bu da o deməkdir ki, həmin xidmətlərə 12,6% ƏDV dərəcəsi tətbiq ediləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir