Dünya

Britaniya ordusu məxfi silahını nümayiş etdirdi – VİDEO

Sharing is caring!


Böyük Britaniyanın Müdafiə Nazirliyi “DragonFire” lazerinin yanvar ayında keçirilən uğurlu canlı atəş sınaqlarının görüntülərini nümayiş etdirib.

Nazirliyin “X” səhifəsində yerləşdirilən videoda hər atışının qiyməti cəmi 10 funt sterlinq (12,7 dollar) olan güclü hava hücumu əleyhinə silahın işi göstərilir.

Onun “hər hansı görünən hədəfi” vura bildiyi qeyd olunur.

Xatırladaq ki, Britaniya Müdafiə Nazirliyi yanvarın 19-da lazerin uğurla sınaqdan keçirildiyini açıqlayıb. Qurumun press-relizində qeyd olunub ki, məhz bu model Krallığın Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri komandanlığının gələcək hava hücumundan müdafiə sistemləri üçün əsas kimi istifadə olunacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir