Hadisə

Tanınmış rəqqasə: “Aslan Hüseynovun bacısı reanimasiyadadır”

Sharing is caring!

Bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynovun bacısının vəziyyəti pisləşib.

XəbərAl.az xəbər verir ki, o, reanimasiyaya yerləşdirilib. Bu haqda rəqqasə Fatimə Fətəliyeva İnstaqramda canlı yayımda deyib.

Ötən gün mərhum sənətçinin Gəncədə keçirilən yas mərasiminə qatılan Fatimə “Ailə pis durumdadır. Atası xəstədir, oğlunun ölümündən xəbəri yoxdur. Bacısı reanimasiyadadır. Xanımı evdar qadındır, heç nədən başı çıxmır” sözlərini söyləyib.

Qeyd edək ki, Gəncədən anasının yasından qayıdan A.Hüseynov sükan arxasında yatıb və maşın “Kamaz” avtomobili ilə toqquşub.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir