Hadisə

SON DƏQİQƏ: Aybəniz Haşımovanın qardaşı saxlanıldı-DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR

Sharing is caring!

Quba polisi xüsusi əməliyyat keçirib.

Xəbəral.az xəbər verir ki, əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb.

Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Həşimov Şaiq Həsən oğlu tutulub. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb. Küllü miqdarda pullarını alaraq dələduzluq edib.

Şaiq Həşimov Polis şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb.

Qeyd edək ki, Şaiq Həşimov Xalq artisti Aybəniz Haşımovanın qardaşıdır.

Mənbə: Den.az

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir