Hadisə

Yevlaxın eks icra başçısı vəfat etdi

Sharing is caring!

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov dünyasını dəyişib.

Xəbəral.az Sfera.az-a istinadən  xəbər verir ki, bu ilin iyul ayında səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin olunub. Bu ilin iyulunda səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.

O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir