Dünya

Xərçəngin diaqnostikası və müalicəsi üçün işıq saçan kapsullar yaradıldı

Sharing is caring!

Xərçəng şişlərinin diaqnostikası və effektiv müalicəsi üçün kapsullar hazırlanıb.

Bu barədə RF Seçenov Universitetinin alimləri xəbər veriblər.

Bildirilir ki, tədqiqatçılar şişlərə dərman çatdırılması üçün polimer çoxqatlı kapsulların yaradılması sxemini işləyiblər.

Preparatın üst qatına isə şiş hüceyrələri ilə qarşılıqlı əlaqədə olduqda müəyyən rəngdə işıq saçmağa başlayan flüoresan yarımkeçirici nanokristalların əlavə edilməsi planlaşdırılıb. Bu üsulla hüceyrələrin vizuallaşdırılması və monitorinqi həyata keçiriləcək.

O da qeyd edili ki, kapsulların artıq klinik tədqiqatlarına başlanılıb, insanlar üzərində sınaqlara isə gələn il keçmək planlaşdırılır.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir