Hadisə

Şabranda təkər təmiri sexində usta bədbəxt hadisə nəticəsində ölüb.

Sharing is caring!

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexindı işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

“Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır”, – məlumatda deyilir.

Bədbəxt hadisə nətəcəsində həlak olan 24 yaşlı Rəfail Əzimov Vətən müharibəsinin iştirakçısı olub.

Rəfail Əzimov “Shacman” markalı yük avtomobilinin təkərini təmir edərkən təkər partlayıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Atayeva Günay

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir